Xəbər lenti

Azərbaycanda halal kolbasadan donuz əti çıxdı
Ölkə12:01 14.02.2015

Azərbaycanda halal kolbasadan donuz əti çıxdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ət və ət məhsullarının istehsalı ilə məşğul olan iki müəssisənin kolbasasında donuz əti aşkarlanıb.
Komitədən Qaynar.info-ya verilən məlumata görə, "İlahə-96" İKM-nin istehsal etdiyi "Lider R.M" nişanlı "Moskovskaya texnologiya" adlı bişən hisə verilmiş servelat kolbasası ilə bağlı analizlərin cavabları göstərib ki, təqdim edilən nümunədə məhsulun markalanmasında qeyd olunmayan donuz əti tapılıb.
Bundan başqa, "Aymin" MMC tərəfindən istehsal olunan "Bakı" nişanlı bişmiş hisə verilmiş servelat kolbasasının tərkibində markalanmasında qeyd olunmayan donuz əti aşkar edilib.
Qaynar.info