Xəbər lenti

Azərbaycanda hazırda 5062 KİV var
Ölkə18:52 07.03.2016

Azərbaycanda hazırda 5062 KİV var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ötən il Ədliyyə Nazirliyi tərəfindən 70 qeyri-kommersiya qurumu və 34 təhsil müəssisəsi dövlət qeydiyyatına alınıb.

AzVision.az-ın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti haqqında hesabatda qeyd olunub.

Statistikaya görə, dövlət qeydiyyatına alınan qeyri-kommersiya təşkilatlarının ümumi sayı artaraq 4.100-ü ötüb.

Eyni zamanda 2015-ci ildə 89 mətbu nəşr uçota götürülüb. Beləliklə də ölkədə KİV-lərin sayı artaraq 5062-i olub.

Qaynar.info