Xəbər lenti

Azərbaycanda həbsdə olan sabiq nazir AZADLIQDA (Yenilənib)
Ölkə07:45 06.08.2016

Azərbaycanda həbsdə olan sabiq nazir AZADLIQDA (Yenilənib)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
2013-cü ildən həbsdə olan Azərbaycanın sabiq xarici iqtisadi əlaqələr naziri Nicat Quliyev bu gün azadlığa çıxıb.
Qaynarinfo.Az-ın sabiq nazirin vəkili Əfqan Məmmədova istinadla verdiyi xəbərə görə, Nicat Quliyev həbs müddətini başa vurduqdan sonra, bu gün Penitensiar Xidmətin Tibb Müalicə Mərkəzindən azadlığa buraxılıb. 
Əfqan Məmmədov bildirib ki, Bakıda olmadığı üçün hüquqlarını müdafiə etdiyi eks nazirlə görüşə bilməyib. "İndi Bakıya gəlirəm, yəqin ki sabah onunla görüşəcəm".
"Nicat Quliyev hazırda evindədir və səhhəti normaldır". Bu sözləri isə Qaynarinfo.Az-a həbsdən yeni buraxılmış keçmiş nazir Nicar Quliyevin digər vəkili Fuad Ağayev verib. 
Vəkil bildirib ki, onunla telefon əlaqəsi saxlayıb, amma hələ görüşməyib.
Qeyd edək ki, Quliyev Nicat Əmir oğlu Cinayət Məcəlləsinin 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilindiyinə görə, 2013-cü il avqustun 7-də tutulub. N. Quliyev təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə avqustun 8-də barəsində həbs-qətimkan tədbiri seçilib. Məhkəmə onun barəsində ittiham olunan maddənin ən ağırlaşdırıcı halını seçərək 3 il müddətində azadlıqdan məhrum edib. O dəfələrlə vaxtından əvvəl azadlığa çıxmaq üçün vəsatət qaldırsa, məhkəmələr onun bu vəsatətini qəbul etməyib.
N. Quliyev 1993-95-ci illərdə xarici iqtisadi naziri vəzifəsini müvəqqəti icra edib. Sonra Acarıstana gedib, 2004-cü ilədək prezident Aslan Abaşidzenin müşaviri postunda çalışıb. Bundan sonra Azərbaycana qayıdıb, Türkiyə və Azərbaycanda bizneslə məşğul olub. N. Quliyev 2005-ci il oktyabrın 19-da da həbs edilib. Ona qarşı dövlət çevrilişinə cəhddə iştirak maddəsi ilə ittiham irəli sürülsə də, az sonra azadlığa buraxılıb.
Qızılgül Abdinova
Qaynarinfo.Az