Xəbər lenti

Azərbaycanda həkim küçənin ortasında vəhşicəsinə döyüldü
Ölkə07:27 12.01.2013

Azərbaycanda həkim küçənin ortasında vəhşicəsinə döyüldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Həkimi hamilə həyat yoldaşını qeydiyyata salmaq istəməyən kişi döyüb

Dünən Abşeron rayonu Qobu qəsəbəsi ərazisində həkim vəhşicəsinə döyülüb. Abşeron rayon Polis idarəsindən verilən məlumata görə, Qobu qəsəbə poliklinikasında işləyən 1958-ci il təvəllüdlü Rəqibə Qabil qızı İsdiyeva 1975-ci il təvəllüdlü Rasim Əliyarov tərəfindən küçənin ortasında amansızcasına döyülüb.

Döyülən qadının qızı Günel Xalıqverdiyevanın verdiyi məlumata görə, hadisə xəstənin qohumunun qanunsuz tələbi nəticəsində baş verib.

Belə ki, Rəqibə İsdiyeva xəstəxanada ginekoloq işləyir. Onu döyən isə həkimin xəstəsi Mehriban Hacı qızı Əliyarovanın həyat yoldaşı Rasim Əliyarov olub. Qadının ailəsi onun hamiləliyinin 7-ci ayında məcburi şəkildə poliklinikaya müraciət ediblər. Bu vaxta qədər isə həmin qadını başqa həkim ev şəraitində müayinə edib. Sonradan həmin həkim uzaqda olduğuna görə, Mehriban Əliyarova poliklinika həkiminin qəbuluna düşüb. Bu zaman isə onun qeydiyyata alınması üçün sənədlər hazırlanıb. Lakin xəstə və həyat yoldaşı qeydiyyata düşməkdən imtina ediblər və xəstəlik kağızını geri almaq istəyiblər. Həkim də sənədin əslini yox, sürətini onlara vermək istəyib. Bu zaman R.Əliyarov həkimi təhqir edib.

Həkim çölə çıxdıqda R.Əliyarov ona hücum çəkib və möhkəm döyüb.

Hazırda Rəqibə İsdiyevanın vəziyyəti kafidir. Hadisəni törədən şəxs saxlanılıb və izahatı alınıb.

ANSPRESS