Xəbər lenti

Azərbaycanda həkim rüşvət aldı, işdən qovuldu (VİDEO)
Ölkə07:50 16.03.2020

Azərbaycanda həkim rüşvət aldı, işdən qovuldu (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda həkim xəstələrdən analiz üçün pul tələb edib.
Qaynarinfo xəbər verir ki, bu barədə videogörüntü Oxu.Az-ın redaksiyasına daxil olub.
Görüntülər Akademik Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində qeydə alınıb.
Videoda Leyla Məmmədova adlı həkimin xəstədən analiz üçün 20 manat tələb etməsi əks olunub.
Saytımızın əməkdaşı məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) sorğu göndərib. 
TƏBİB-dən bildirilib ki, video ilə bağlı Akademik Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində araşdırma aparılıb:
"Mərkəzin direktoru Rauf Ağayevin imzaladığı əmrlə Məmmədova Leyla Cabir qızı vəzifəsindən azad edilib”.
<iframe src="https://player.baku.tv/embed/15740?fbclid=IwAR3IQ5Bi2ngzwX2YnCBbjHv4nPg2qqi4ZD3PmFROB_sw3OqASf7KndWqEe8" width="560" height="315" frameborder="0" allow="autoplay; encrypted-media" allowfullscreen="">