Azərbaycanda həkimlər uşaqlarla bağlı həyəcan təbili çaldı (VİDEO)
Bir neçə gün öncə Şəki rayon Xəstəxanasına qızdırma ilə gətirilən 5 yaşlı qız köçürülən sistemdən sonra dünyasını dəyişib.
Azyaşlının ölümünə səbəb kimi sitemin əsk təsir göstərməsi deyilir.
Bu səbəbdən həkimlər valideynləri ehtiyatlı olmağa çağırıb. İnfeksionist Aygül Əhmədova İTV-yə bildirib ki, son aylar uşaqlar arasında yayılan xəstəlik daha çox 2-5 yaşlı uşaqlarda özünü göstərir və qızdırmanın müddəti 3-7 gündür. Əgər qızdırma davam edərsə, mütləq həkimə müraciət olunmalıdır.
Pediatr Günay Rəsulova isə hesab edir ki, virusla mübarizədə burun təmizliyi önəmlidir. Çünki infeksiya burundan başlayır və valideylər buna ciddi yanaşmalıdır.
Şərhlər