Xəbər lenti

Azərbaycanda hərbi hissədə bədbəxt HADİSƏ - ÖZƏL
Ölkə19:35 29.05.2014

Azərbaycanda hərbi hissədə bədbəxt HADİSƏ - ÖZƏL

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Yaralı nitq qabiliyyətini itirib

Cəlilabad rayonunda hərbi hissədə bədbəxt hadisə baş verib. 

Qaynar.info-ya daxil olan məlumata görə, rayonun Göytəpə qəsəbəsindəki "N" saylı hərbi hissədə camaşırxanada çalışan qəsəbə sakini, 1966-cı il təvəllüdlü Qasımova Şərqiyyə  Misir qızı iş zamanı  xəsarət alıb. 

Belə ki, yuyulmuş paltarları ütüləyən zaman qolu camaşır ütüləyən aparatın arasında qalıb. Ağır xəsarət alan Şərqiyyə Qasımova hərbiçilər tərəfindən Cəlilabad rayon Mərkəzi xəstəxanasına çatdırılıb.

Hadisənin travmatik təsirindən yaralı  danışıq qabiliyyətini itirib.  

Qeyd edək ki, Şərqiyyə Qasımova uzun müddətdir ki, hərbi hissədə çalışır. 

Hazırda faktla bağlı araşdırma aparılır.

Qaynar.info