Xəbər lenti

Azərbaycanda hərbi hissədə bıçaqlanma
Ölkə07:18 02.06.2014

Azərbaycanda hərbi hissədə bıçaqlanma

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan Ordusunun əsgəri hərbçi yoldaşını bıçaqlayıb. Qaynar.info APA-ya istinadən xəbər verir ki, hadisə Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində qeydə alınıb.

Hərbi hissənin əsgəri, müddətdən artıq xidmət edən hərbi qulluqçu Tural Əlövsət oğlu Bayramov aralarında yaranmış mübahisə zəminində hərbçi yoldaşı, müddətdən artıq xidmət edən hərbi qulluqçu Mahir Yaqub oğlu Rüstəmovu bıçaqlayıb. Yaralı hərbçi hospitala yerləşdirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən təsdiqləyiblər. Yaralının hərbçinin vəziyyəti kafi qiymətləndirilir.

Qaynar.info