Xəbər lenti

Azərbaycanda hərbi hissədəki qətlin şok TƏFƏRRÜATI
Ölkə09:22 17.05.2014

Azərbaycanda hərbi hissədəki qətlin şok TƏFƏRRÜATI

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Cəbhə bölgəsində yerləşən hərbi hissələrin birində çavuşun tabor komandirini qətlə yetirdiyi silahlı insidentin təfərrüatları məlum olub. 

Aktual.az-ın məlumatına görə, Füzuli rayonunda yerləşən “N” saylı hərbi hissələrin birində müddətdən artıq xidmət edən hərbi qulluqçu İlkin Məhərrəmovun tabor komandiri mayor Emil Əsgərlini qətlə yetirməsinə tərəflər arasında yaranan insident səbəb olub.

Məlumatda bildirilir ki, hərbi hissənin rəhbərliyinin toplanışında tabor komandiri Emil Əsgərlinin (MAXE) Ilkin Məhərrəmov barəsində işlətdiyi ifadə müddətdən artıq xidmət edən hərbi qulluqçunun xoşuna gəlməyib. Bundan sonra tərəflər arsında mübahisə yaranıb və nəticədə İlkin Məhərrəmov tabeçiliyindəki silahla tabor komandirini qətlə yetirib. 

Qaynar.info