
Hadisə yerinə 5 yanğınsöndürən avtomobil cəlb olunub.
Gəncədə yanğın hadisəsi baş verib.
Qaynar.info APA-ya istinadən xəbər verir ki, Gəncə Yanğından Mühafizə İdarəsindən verilən məlumata görə, Gəncə Karamel Fabrikində yanğın saat 10 radələrində başlayıb.
Hadisə yerinə 5 yanğınsöndürən avtomobil cəlb olunub. Yanğının fabrikin müdirinin otağından başladığı bildirilir.
Hazırda alovun söndürülməsi istiqamətində iş aparılır.
Qeyd edək ki, bundan əvvəl Aznews.az saytı yanğının hərbi təyinatlı zavodda baş verdiyini yazmışdı.
Qaynar.info