
Füzuli rayonunun icra başçısı Alı Alıyev dünən işdən çıxaraq, evə gedərkən yıxılıb.
Qaynar.info jam.az-a istinadla xəbər verir ki, İcra Hakimiyyəti binasının pillələrindən düşərkən ayağı büdrəyən icra başçısı ciddi xəsarət almasa da, yaxınları onu Bakıya gətiriblər.
Məlumatda deyilir ki, yıxılandan sonra ayağının birində yüngül ağrılar yaranan Alı Alıyevin yaxınlarının onu paytaxta müayinəyə gətirmələrinə səbəb ehtiyat tədbirindən ibarətdir. Belə ki, bu hadisənin icra başçısının səhhətində hansısa problemə yol aça biləcəyi ehtimalından dolayı müayinə edilməsini zəruri biliblər.
11:02
Xəbər dərc olunandan bir müddət sonra jam.az-la əlaqə saxlayan Füzuli rayon İcra Hakimiyyətinin nümayəndəsi bildirib ki, icra başçısı Alı Alıyev hal-hazırda işdədir və onun pilləkənlərdən yıxılması ilə bağlı yayılmış məlumat həqiqəti əks etdirmir. O qeyd edib ki, icra başçısı nə yıxılıb, nə də onu müayinə üçün Bakıya aparıblar.
Qaynar.info