Xəbər lenti

Azərbaycanda icra başçısının köməkçisi qəzada öldü
Ölkə18:45 09.12.2016

Azərbaycanda icra başçısının köməkçisi qəzada öldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Goranboyda ağır yol qəzası baş verib.

Hadisə rayonun Qarqucaq kəndi yaxınlığından keçən avtomobil yolunda qeydə alınıb.

“NİVA” və “VAZ21011” markalı avtomobillərin toqquşması nəticəsində “Niva”nın sürücüsü hadisə yerində ölüb. Avtomobildə olan digər sərnişin və “VAZ 21011” də olan bir nəfər ağır vəziyyətdə xəstəxanaya aparılarkən yolda ölüblər. İlkin məlumata görə, dünyasını dəyişən “Niva”nın sürücüsü Goranboy rayon İcra Hakimiyyəti başçısının köməkçisi Fuad Əliyevdir.

Faktla bağlı araşdırma aparılır.(apa)

Qaynarinfo.Az