Xəbər lenti

Azərbaycanda icra nümayəndəliyi soyuldu
Ölkə09:28 22.04.2014

Azərbaycanda icra nümayəndəliyi soyuldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sitalçay İcra Nümayəndəliyinin inzibati binasından pəncərədən girmək yolu ilə televizor oğurlanıb

Xızı rayonu icra nümayəndəliyinin inzibati binasından oğurluq edilib. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, aprelin 18-nə keçən gecə rayonun Sitalçay İcra Nümayəndəliyinin inzibati binasından pəncərədən girmək yolu ilə televizor oğurlanıb.

Polis baş vermiş cinayətin üstünü açıb. Xızı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən şəxs müəyyənləşib. Məlum olub ki, cinayət Sitalçay kənd sakini Gülağa İmanbaxışov tərəfindən törədilib.

Əməliyyta zamanı Gülağa İmanbaxışov tutulub. Araşdırmalar zamanı Gülağa İmanbaxışovun əvvəllər də məhkumluq həyatı yaşadığı məlum olub.

Faktla bağlı araşdırma aparılır.

Qaynar.info