Kürdəmir rayon Su-Kanal İdarəsinin müdiri Tariyel Kərimov intihara cəhd edib. "Yeni Musavat"a daxil olan məlumata görə, T.Kərimov sirkə turşusu içib.
O, təcili olaraq rayon mərkəzi xəstəxanasına gətirilib. Əlavə məlumat və intiharın səbəbləri barədə bilgi verilməyib.
Qaynar.info