Xəbər lenti

Azərbaycanda II Dünya savaşından sonra ilk dəfə... (CƏDVƏL)
Ölkə10:03 26.03.2021

Azərbaycanda II Dünya savaşından sonra ilk dəfə... (CƏDVƏL)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Azərbaycanda demoqrafik vəziyyət kəskin pisləşib. Bunu görmək üçün mütəxəssis olmağa ehtiyac yoxdur. Çünki rəqəmlər hər şeyi deyir. Əlbəttə, bu məsələdə pandemiya katalizator rolunu oynayaraq vəziyyəti fəlakət həddinə çatdırıb”.  
Qaynarinfo xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Samir Əliyev bildirib. Onun sözlərinə görə, Azərbaycanda təbii artım və doğum səviyyəsi son dəfə İkinci Dünya müharibəsinin sonunda bu həddə düşmüşdü: 
 
"Hətta 90-cı illərin ağır sosial-iqtisadi vəziyyəti və I Qarabağ savaşı təbii artıma və doğuma bu qədər zərbə vurmamışdı. Ölüm isə son dəfə 1955-ci ildə bu qədər yüksək həddə olub. Pandemiya və az da olsa II Qarabağ savaşı ölüm statistikasını 65 illik rekord həddə çatdırıb. 
Qeyd etdiyim kimi, pandemiya demoqrafik vəziyyəti sadəcə tündləşdirib. Ona qədər də təbii artımın azalması tendensiyası mövcud olub. 2018-ci ildəki azalmanı nəzərə almasaq, 2019-cu ildə təbii artım 2003-cü ildən sonra ən aşağı həddə olub”.
Orxan Əhmədli