Şəmkirdə “Mercedes” lə “VAZ 2106” markalı avtomobillərin toqquşması nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb.
Şəmkir Mərkəzi rayon xəstəxanasından verilən məlumata görə, xəsarət alan 6 şəxsdən daha 3 nəfər keçinib.
Bundan əvvəl qəza zamanı “VAZ 2106” da olan Aynur adlı qadın hadisə yerində öldüyü bildirilmişdi.
****
Bakı-Qazax magistral yolunda iki avtomobil toqquşub, ölən və xəsarət alanlar var.
Qaynarinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə yolun Şəmkir rayonu Könüllü kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "Mercedes" lə "VAZ 2106" markalı avtomobilin toqquşması nəticəsində bir qadın ölüb, biri uşaq olaraq, 7 nəfər müxtəlif bədən xəsarətləri alaraq Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.
Məlumata görə, xəsarət alanlardan birinin vəziyyəti ağırdır. Onun azyaşlı olduğu bildirilir.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdaərsində araşdırma aparılır.
Qaynarinfo.az