Xəbər lenti

Azərbaycanda iki nazirlik yaradıldı
Ölkə14:48 22.10.2013

Azərbaycanda iki nazirlik yaradıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan prezidenti İlham Əliyev İqtisadiyyat və Sənaye Nazirliyinin yaradılması haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycanda dövlət idarəetmə strukturunu təkmilləşdirmək məqsədilə İqtisadi İnkişaf Nazirliyinin əsasında İqtisadiyyat və Sənaye Nazirliyi yaradılır.

Dövlət başçısı həmçinin Azərbaycan Respublikasının Energetika Nazirliyinin yaradılması haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir ki, Azərbaycanda energetika sahəsində səmərəliliyi artırmaq və dövlət idarəetmə strukturunu təkmilləşdirmək məqsədilə Sənaye və Energetika Nazirliyinin əsasında Energetika Nazirliyi yaradılır.

Qaynar.info