Xəbər lenti

Azərbaycanda iki polis idarəsi ləğv edildi
Ölkə14:17 25.04.2022

Azərbaycanda iki polis idarəsi ləğv edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda iki polis idarəsi ləğv edilib.
"Report"un əldə etdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, Gəncə Şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Nizami Rayon Polis İdarəsinin (RPİ) bazasında 1-ci Polis Şöbəsi (PŞ), Kəpəz RPİ-nin bazasında 2-ci PŞ yaradılıb.
Hazırda Gəncə ŞBPİ-nin tabeçiliyində 1-ci və 2-ci PŞ-ləri və 3-cü və 4-cü Polis Bölmələrinin fəaliyyəti təşkil olunub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti "Report”a faktı təsdiqləyib.