Xəbər lenti

Azərbaycanda iki uşaq bədbəxt hadisə nəticəsində öldü
Ölkə10:26 20.06.2016

Azərbaycanda iki uşaq bədbəxt hadisə nəticəsində öldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanda iki azyaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb.

Qaynarinfo.az Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, hadisələrdən biri Bakının Xətai rayonunda qeydə alınıb.

Belə ki, iyunun 19-da Xətai rayonu ərazisində yaşayan azyaşlı Aylin Səfərova 3-cü mərtəbədəki evlərinin pəncərəsindən yıxılıb.

Xəstəxanaya yerləşdirilən uşaq orada ölüb.

Digər hadisə Saatlı rayonunda baş verib. İyunun 19-da Saatlı rayonunda yaşayan azyaşlı Ağaxan Fərzəlizadəni elektrik cərəyanı vurması nəticəsində ölüb. 

Hər iki faktla bağlı araşdırma aparılır.

Qaynarinfo.az