Xəbər lenti

Azərbaycanda iki zəlzələ qeydə alınıb
Ölkə07:26 06.03.2017

Azərbaycanda iki zəlzələ qeydə alınıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanda iki zəlzələ qeydə alınıb.

Respublika Seysmoloji Xidmət Mərkəzindən "Qaynar"a bildirilib ki, ilkin məlumatlara əsasən, yerli vaxtla saat 10:24-də Kəlbəcər ərazisində zəlzələ baş verib. 3.8 maqnitudalı zəlzələ 10 km dərinlikdə qeydə alınıb və hiss olunmayıb.

Saat 10:38-də isə Xəzər dənizində zəlzələ qeydə alınıb. 46 km dərinlikdə baş verən 3.2 maqnitudalı zəlzələ hiss edilməyib.

Qaynar.Az