Xəbər lenti

Azərbaycanda ilk dəfə daun sindromlu uşaqların iştirakı ilə idman oyunları keçirildi (FOTO)
Ölkə15:57 25.04.2025

Azərbaycanda ilk dəfə daun sindromlu uşaqların iştirakı ilə idman oyunları keçirildi (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Aprelin 24-də, Daun idmançılara Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə "Parlayan günəşlər" adlı idman oyunları keçirilib. Azərbaycandan başqa Türkiyə, Özbəkistan, Qırğızıstan və Türkiyədən də daun sindromlu idmançıların qatıldığı yarışlar Bakı Atletika Mərkəzində baş tutub.
Bu oyunların keçirilməsində məqsəd cəmiyyətin daun sindromlu şəxslərə diqqətini çəkmək və idmançıların gələcək beynəlxalq idmam yarışlarına hazırlamaqdır.
İdman oyunlarının açılış mərasimində Azərbaycan Respublikasının Gənclər və İdman naziri Fərid Qayıbov, yerli və xarici ictimaiyyət nümayəndələri iştirak ediblər