Xəbər lenti

Azərbaycanda indiyədək COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlandı
Ölkə16:20 04.01.2022

Azərbaycanda indiyədək COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 183 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qaynarinfo-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 12, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 96, buster doza üzrə vaksinasiya olunanların sayı isə 75 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 346 548, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 169 431, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 676 760, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 500 357 təşkil edir.