Xəbər lenti

Azərbaycanda insanlar daha çox nədən ölür? - Statistika
Ölkə11:15 20.07.2016

Azərbaycanda insanlar daha çox nədən ölür? - Statistika

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanda əhali arasında ölümün əsas səbəbləri açıqlanıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ötən il Azərbaycanda 54 697 nəfər dünyasını dəyişib ki, bu da 2014-cü illə (54 697) müqayisədə azdır.

Ötən il dünyasını dəyişənlərin 32 825-i qan dövranı sistemi xəstəliklərindən, 7 278-i yenitörəmələrdən, 1 712-si tənəffüs orqanları xəstəliklərindən, 2 646-sı travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin digər nəticələrindən ölüb.

Ötən il bütün ölüm səbəbləri üzrə azalma qeydə alınsa da, yenitörəmələrdən dünyasını dəyişənlərin sayı artıb. Bu artım yalnız ötən il deyil, əvvəlki illərdə də müşahidə edilib. 2012-ci ildə yenitörəmələrdən 5 886, 2013-ci ildə 6 383, 2014-cü ildə 6 982, 2015-ci ildə isə 7 278 nəfər yeni törəmələrdən dünyasını dəyişib.(Trend)

Qaynarinfo.Az