Xəbər lenti

Azərbaycanda insanlar niyə tez ölürlər?
Ölkə07:05 20.06.2023

Azərbaycanda insanlar niyə tez ölürlər?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Azərbaycanda insanların tez ölməsinə səbəb qida mədəniyyətinin olmamasıdır”. 
Bunu Qaynarinfo-ya açıqlamasında sosioloq Əhməd Qəşəmoğlu deyib. Onun fikirincə, insanların tez ölməsinin səbəbi qidalardan düzgün istifadə edə bilməməsidir:
"Təəssüf ki, kənd yerlərində, rayonlarda uzun ömürlülər azdır. Kəndə hava, ərzaq təmiz, meyvə-tərəvəz təzə olduğu bir zamanda insanlar niyə belə tez ölür? Halbuki, onlar uzun ömür yaşamlıdır. Kənd təsərrüfat məhsulları da öz həyətlərində yetişdirilir, buna görə də orada insanlar uzun ömürlü olmalıdırlar. Apardığım müşahidələr onu göstərir ki, kənd camaatının tez ölməsinin, uzun ömürlü olmamasının iki mühim səbəbi var. Birincisi, onların sağlamlıq haqqında təsəvürlərinin olmaması, başqa sözlə sağlamlıq, qida mədəniyyətinin arzu olunan səviyyədə olmaması, ikincisi məişətinin çətin olamsıdır. Gördükləri işlər çox çətindir. Bunlar onların ömürünə ciddi təsir edir”,-deyə Əhməd Qəşəmoğlu bildirib.
Sosioloqun sözlərinə görə, kənd yerlərində insanlar əlinə nə keçir yeyir: 
"Xəstəsi, qocası var, bilmir ki, bunu yesə ona pis təsir edəcək. İkincisi, evlərdə tez-tez yuyunmaq üçün şəriat arzu olunan səviyyədə deyil. İnsanların xəstələndə özünü müalicə etmək üçün şəraiti yoxdur. Səhiyyə də arzu olunan səviyyədə deyil. Ayaqyolu həyətdədir, xəstələndəndə evdən tərli-tərli çıxıb gedir, soyuqlayıb geri qayıdır. Bu da onların daxili orqanların xəstələnməsinə səbəb olur. Bunların hamısı sonda xətəlik yaradır. Ən acınacaqlı hal odur ki, insanlar təbii yolla müacliə olunan bitkilər haqqında məlumatdan uzaqdırlar. Bütün bu məsələlər başlı- başına qalıb”. 
Sosoloq hesab edir ki, qarşımızda duran əsas məsələ əhalinin sağlamlıq mədəniyyətinin yüksəldilməsinə xidmət etməlidir: "Bunun da yolu orta məktəblərdən keçir”. 
Bahar Rüstəmli