Xəbər lenti

Azərbaycanda institutda yanğın
Ölkə10:09 25.02.2014

Azərbaycanda institutda yanğın

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan Milli Elmlər Akadmeiyasının Fizika İnstitutunda yanğın baş verib.

Trend xəbər verir ki, bu gün saat 10:30 radələrində AMEA-nın Fizika İnstitutunda yanğın olub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə briqadaları cəlb edilib.

Yanğınsöndürənlərin Trend-in hadisə yerində olan əməkdaşına verdiyi məlumata görə, elektrik şitində kiçik yanğın baş verib. Lakin onlar hadisə yerinə gələnədək yanğın institutun əməkdaşları tərəfindən söndürülüb.

Fizika İnstitutundan isə Trend-ə bildiriblər ki, hadisə elektrik şitində qısa qapanma səbəbindən baş verib. Yanğın zamanı xəsarət alan olmayıb.

Qaynar.info