Xəbər lenti

Azərbaycanda iş adamlarının siyahıya alınmış əmlakları hərraca çıxarılır
Ölkə09:32 10.02.2025

Azərbaycanda iş adamlarının siyahıya alınmış əmlakları hərraca çıxarılır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Fevralın 28-də, saat 11:00-da İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri vergi ödəyicilərinin siyahıya alınmış daşınar və daşınmaz əmlaklarının satışı üzrə hərrac keçirəcək.
Qaynarinfo quruma istinadən xəbər verir ki, hərrac Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) olacaq.
Hərraca 9 nəqliyyat vasitəsi, 4 avadanlıq, 2 torpaq sahəsi, 1 qeyri-yaşayış binası və 1 qeyri-yaşayış sahəsi olmaqla 17 əmlak çıxarılacaq. Əmlaklara 6 min manatdan 1 milyon manata qədər qiymət qoyulub.
Hərraclarda iştirak etmək istəyən şəxslər lazımi sənədləri fevralın 21- nə qədər Əmlak Xidmətləri Məkanına təqdim etməlidirlər.