Xəbər lenti

Azərbaycanda istirahət mərkəzi yandı
Ölkə18:13 05.11.2022

Azərbaycanda istirahət mərkəzi yandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Quba rayonunda istirahət mərkəzinin ərazisində yanğın baş verib.
Qaynarinfo xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Xəbərə görə, Quba rayonunun İkinci Nügədi kəndində istirahət mərkəzinin ərazisində ümumi sahəsi 400 m² (hər mərtəbəsi 100 m²) olan və tikintisi başa çatmayan dördmərtəbəli binanın 1-ci mərtəbəsində 100 m² sahəyə yığılan tikinti materialları yanıb.
Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.