
Əməliyyatçılar isti izlərlə onun kim olduğunu aydınlaşdırıb
Dünən axşam saatlarında Lənkəranda 57 yaşlı xanım jurnalisti vuraraq onu ağır vəziyyətdənhadisə yerində qoyub qaçan sürücü saxlanılıb.
İstiPress-in cənub bürosunun verdiyi məlumata görə, əməliyyatçılar isti izlərlə aydınlaşdırıb ki, qaçan sürücü Masallı rayonunun Musaküçə kənd sakini 1958-ci il təvəllüdlü Həsənov Bağı Məmmədhəsən oğludur.
O, piyadanı idarə etdiyi VAZ 21099 markalı maşınla vuraraq aradan çıxa bilib. Hadisə Ələt-Astara magistral yolunun Liman şəhəri ərazisində, “Azpetrol” yanacaq doldurma məntəqəsinin yaxınlığında baş verib.
Xatırladaq ki, Xırdalan şəhər sakini, 1960-cı il təvəllüdlü Dəstəgül Əzəmət qızı Şəmiyeva Liman şəhəri ərazisində yolu keçmək istəyərkən maşın onu vurub.
D. Şəmiyeva ağır kəllə-beyin travması ilə Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Onun şair-jurnalist olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Qaynarinfo.Az