Xəbər lenti

Azərbaycanda jurnalistin evində axtarış aparılır, özü həbs olunub - YENİLƏNİB
Ölkə18:02 17.09.2013

Azərbaycanda jurnalistin evində axtarış aparılır, özü həbs olunub - YENİLƏNİB

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Virtualaz.org Mustafa Hacıbəylidən belə bir məlumat da alıb:

“Bunu yaxınları zəng vurub dedi. Bizə çatan məlumata görə, onlar jurnalistin qohumlarını, yaxınlarını, qonşularını, hətta qardaşını da evə buraxmayıblar. Yaxınlarının dediyinə görə, evdə Pərviz Həşimlinin yalnız ailə üzvləridir. Pərvizin özünün həbs olunub-olunmadığı, ümumiyyətlə, onun harada olması barədə heç bir məlumat yoxdur. Onun telefonuna zəng çatır, amma dəstəyi qaldırmır. Böyük ehtimalla o, artıq saxlanılıb”.

**
Jurnalist Sevinc Vaqifqızı Vidadi Məmmədova istinadla ("Azadlıq" qəzeti) statusunda yazır ki, əməliyyatçılar Parviz Həşimlinin xanımını məcbur edirlər ki, evdən "...narkotika, silah tapılması barədə tərtib edilmiş protokola imza atsın. Ev mühasirədədir, İlahe Həşimova faktiki olaraq girov saxlanılır. Məlumatı Pərvizin yaxınları verib".

**
Hadisə ilə bağlı ciddi bir məqamsa bundan ibarətdir ki, Pərviz Həşimli AXCP Ali Məclisinin üzvüdür.

**
Xəbəri ilk yayan S. Vaqifqızı həbs olunan jurnalistin qardaşı Zamin Həşimovla danışıb. O deyib ki, evlərinə 30 nəfərə yaxın  MTN əməkdaşı gəlib. Nə üçün axtarış apardıqlarını deməyiblər.  Zamin Həşimov şikayətlənib ki, onlarla kobud davranırlar. "Evdə qadın, uşaq var. Xeyli müddətdir evə daxil olublar. Nəyəsə imza atdırmaq isteyirler. Pərvizden də xəbərimiz yoxdur. Heç bir məlumatımiz yoxdur".

**
Mustafa Hacıbəyli musavat.com-a deyib ki, P. Həşimlinn evindən onun kompyuterini götürüb, aparıblar. Lakin axtarış davam edir.

**
Bu saatlarda "Yeni Müsavat"ın müxbiri "Bizim Yol"qəzetinin redaksiyasına daxil olmaq istəyib. Lakin ona bu imkanı verməyiblər. Müxbirimiz şəkil çəkə bilməyib, kimsəyə sual ünvanlamağa macal tapmayıb. Onu redaksiyadan uzaqlaşdırıblar.

**
Tanınmş  yazar Azər Rəşidoğlunun musavat.com-a verdiyi məlumata görə P. Həşimliyə qarşı qaçaqmalçılıq və qanunsuz silah əldə etmə ilə bağlı – Cinayət Məcəlləsinin 206.3.2 və 228.2.1 maddələri ilə cinayət işi qaldırılıb.

**
Azər Rəşidoğlu musavat.com-a yazır: "Pərviz Hashimli əməliyyat tədbiri kimi "Bizim yol"a gətirilib. MTN əməkdaşları özlərini öncə kobud aparıblar. Lakin jurnalistlərin kəskin reaksiyasından sonra mövqelərini dəyişib, mədəni davranmağa başlayıblar".

**
Pərviz Həşimlinin yaxınları  "Azadlıq" qəzetinin əməkdaşına bildirib ki, onun redaktoru olduğu moderator.az saytının ofisində də axtarış aparlır. Əmisi oğlu Ərşad İbrahimovun sözlərinə görə isə MTN əməkdaşları Pərvizin evindən tapança "tapıblar".

**

Jurnalist Mustafa Hacıbəyli P. Həşimovun qardaşına istinadən xəbər verir ki, bu dəqiqələrdə jurnalistin evindən onun həyat yoldaşının qışqırtısı gəlib. Xanım: "Siz etmisiniz", deyə qışqırıb.

**
Facebook sosial şəbəkəsində xəbər yayılıb ki, “Bizim Yol” qəzetində axtarış gedir, qəzetin əməkdaşı Pərviz Həşimlini isə tutublar. Bu barədə qəzetin keçmiş əməkdaşı Sevinc Vaqifqızının da profilində təxminlər var. Onun yazdığı xəbərə rəy bildirənlər yazıb ki, qəzetin redaksiyasında MTN tərəfindən axtarış aparılır.


Musavat.com “Bizim Yol” qəzetinin redaksiyasına və əməkdaşlarına telefon açsa da, heç kimlə danışa bilməyib.
Həmin qəzetin müxbiri Natiq Cavadlı "Azadlıq" qəzetinə məlumatı təsdiqləyib, amma əlavə heç nə deməyib.


Qaynar.info