Xəbər lenti

Azərbaycanda jurnalistin evini qarət etdilər
Ölkə10:17 30.09.2013

Azərbaycanda jurnalistin evini qarət etdilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“APA Holding” MMC-in əməkdaşı, APA TV-nin baş produseri Ülkər Qasımovanın evi qarət edilib.

Bu barədə APA-ya Ülkər Qasımova özü məlumat verib.
 
Onun sözlərinə görə, Xətai rayonu, Məhəmməd Hadi küçəsi ev 63, mənzil 143 ünvanında yerləşən evdə sentyabrın 21-dən 29-dək heç kim olmayıb. Evdə heç kimin olmamasından istifadə edən naməlum şəxslər mənzilə daxil olaraq 2400 ABŞ dolları, 200 avro, 3100 manat və qızıl-zinət əşyaları oğurlayıblar. 
 
Zərərçəkən hadisə ilə bağlı dərhal Daxili İşlər Nazirliyinin “102” xidmətinə məlumat verdiklərini və hadisə ilə bağlı Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsi tərəfindən araşdırmalara başlandığını qeyd edib.
 
Hadisə yerinə baxış keçirən polis əməkdaşları zəruri ekspertizaların həyata keçirilməsi üçün bəzi nümunələr götürüblər.
 
Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsindən APA-ya faktı təsdiqləyiblər.
 
Bildirilib ki, hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində tədbirlər davam etdirilir.

Qaynar.info