Xəbər lenti

Azərbaycanda karantin rejimi yenidən sərtləşdirilə bilərmi? (RƏSMİ)
Ölkə13:48 21.08.2020

Azərbaycanda karantin rejimi yenidən sərtləşdirilə bilərmi? (RƏSMİ)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Bugünkü gündə hər hansı ciddi şəkildə sərtləşmə olacaq, yoxsa yox, buna qərar verəcək ciddi dəyişikliyimiz yoxdur".
Qaynarinfo baku.ws-ə istinadən xəbər verir ki, bu sözləri Operativ Qərargahın brifinqində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.
O əlavə edib ki, belə bir məsələ olarsa, əlbəttə ictimaiyyətə açıqlanacaq: "Həqiqətən də bu gün biz az da olsa artmaya meyilliliyi görürük. Ona görə də bəzi qərarların qəbul olunması müzakirə ediləcək. Biz bu məsələyə ciddi yanaşmalıyıq".