Xəbər lenti

Azərbaycanda karantin rejimi yumşaldılır? (AÇIQLAMA)
11:55 31.07.2020

Azərbaycanda karantin rejimi yumşaldılır? (AÇIQLAMA)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Azərbaycanda iyun ayının sonundan etibarən koronavirusa yoluxma hallarında stabilləşmə var”.
Oxu.az-ın məlumatına görə, bunu mətbuat konfransında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı bildirib.
Onun sözlərinə görə, bu, məhdudiyyətlərin nəticəsində olub:
"Bu, təkcə Azərbaycanda deyil, bütün dünyada belədir. Tədbirlər yumşaldıldıqdan sonra insanların yeni normalara əsasən yaşamaları lazımdır. Yumşalmaya keçdikdən sonra yoluxma sayında artım olmazsa, gələcək tədbirlər daha da yumşaldıla bilər.
5 avqustdan sonra Operativ Qərargahın nə qərarlar qəbul edəcəyini bilmirik. Lakin bu dəqiqdir ki, biz diqqət etsək, yumşaldılmış rejimlə yaşama şansımız ola bilər”.

Oxşar xəbərlər