Xəbər lenti

Azərbaycanda keçmiş məhkumu boğaraq öldürdülər
Ölkə08:47 25.06.2016

Azərbaycanda keçmiş məhkumu boğaraq öldürdülər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Qusarda münaqişə zəminində iki nəfər həmyerlilərini boğaraq öldürüb.

Qaynarinfo.az DİN-ə istinadən bildirir ki, hadisə iyunun 24-də Qusar rayonunun Kuzun-qışlaq kəndində qeydə alınıb.

Belə ki, Qusar şəhər sakini, əvvəllər məhkum olunan Əzizulla Məmmədovun üzərində zorakılıq əlamətləri olan (boğulma üçün xarakterik) meyidi tapılıb.

Qusar Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən rayon sakinləri İmran Bədirov və Sadiq Əmiraslanov tutulublar.

Qaynarinfo.az