Xəbər lenti

Azərbaycanda kimsəsizlərin evini od aldı
Ölkə05:11 08.05.2014

Azərbaycanda kimsəsizlərin evini od aldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Şamaxıda  kimsəsizlər evində  yanğın olub.

Qaynar.info Kanal S-ə istinadən bildirir ki, ötən gün axşam saatlarında ani başlayan yanğın insanların  təşvişinə səbəb olub. Əgər alovun qarşısı vaxtında  alınmasaydı, Ruhi-Əsəb İnternat Evində yaşayan insanların həyatı təhlükə altına düşə bilərdi.

Ruhi-Əsəb İnternat Evinin çamaşırxanasında baş verən yanğın bir anda hər tərəfi cənginə alıb. Əraziyə gələn Şamaxı yanğından mühafizə idarəsinin yanğınsöndürənləri tez bir zamanda yanğını söndürə biliblər. Ümumi sahəsi 506 kv.m olan tikilinin 10 kv.m sahəsi yanıb. Yanğının əsas binaya keçməsinin qarşısı alnıb. Yanğın burada yaşayan daimi sakinlərin gözü önündə baş verib.

İlkin məlumatlara görə, yanğının elektrik naqillərindəki qısaqapanmadan baş verdiyi ehtimal olunur.

Qaynar.info