Xəbər lenti

Azərbaycanda kişilərlə qadınların neçə faizi internetdən istifadə edir?
Ölkə17:41 01.09.2016

Azərbaycanda kişilərlə qadınların neçə faizi internetdən istifadə edir?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanda internetdən daha çox kişilər istifadə edir.

Qaynarinfo.az xəbər verir ki, bu barədə "Report"a Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.

Məlumata görə, ötən il ölkədə internetdən istifadə 77 faiz təşkil edib.

Ölkədə qadınların 72 faizi, kişilərin isə 78 faizi internetdən istifadə edir.

Qeyd edək ki, 5 il öncə - 2010-cu ildə Azərbaycanda əhalinin cəmi 46 faizi internetdən istifadə edib. Həmin il qadınların 36,5, kişilərin 55,6 faizi internet istifadəçisi olub.

Qaynarinfo.Az