Xəbər lenti

Azərbaycanda kompüterlərin satışı artıb
Ölkə11:30 06.10.2014

Azərbaycanda kompüterlərin satışı artıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Hər kompüterin qiyməti orta hesabla 700 manat təşkil edib.

Bu ilin yanvar-sentyabr aylarında “Xalq kompüteri” layihəsi çərçivəsində kompüterlərin satışı 7 faiz artıb.

Texnobaz.com xəbər verir ki, bu barədə “Best Comp Group” şirkətindən məlumat veriblər.

Şirkətdən verilən məlumata görə, yanvar-sentyabr aylarında təqribən 1,19 milyon manat dəyərində kompüter texnikası satılıb. Hər kompüterin qiyməti orta hesabla 700 manat təşkil edib.

Layihəyə başlanandan etibarən (2009-cu ilin aprel ayı) ümumilikdə 24,2 milyon manatdan çox məbləğdə 16,9 mindən artıq kompüter satılıb.

Layihə çəçivəsində satılan komüterlərin 95 faizindən çoxu portativ texnikanın (noubuk və planşet kompüterlərin) payına düşür.

Qaynar.info