Xəbər lenti

Azərbaycanda konfetin içindən narkotik çıxdı
Ölkə09:47 02.10.2013

Azərbaycanda konfetin içindən narkotik çıxdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda həbsxanaya narkotik maddə keçirmək istəyinin qarşısı alınıb.

Bu barədə Anspress-ə Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, 12 saylı cəzaçəkmə müəssisəsində axtarışlar nəticəsində məhbus 1984-cü il təvəllüdlü, Cinayət Məcəlləsinin 152, 67.1 maddələrilə təqsirli bilinərək, 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Nahid Nizami oğlu Kərimova dayısı oğlu Cəlal Yasin oğlu İsmixanovun gətirdiyi sovqata baxış keçirilən zaman üzərində “Frualya” sözü yazılmış 4 (dörd) ədəd karamel konfetlərinin içərisində tiryək tapılıb. Onun xalis çəkisi 7,1 qram olub.

Fakt üzrə araşdırma aparılır.

Qaynar.info