Xəbər lenti

Azərbaycanda koronavirus şübhəsilə saxlanılan şəxslərin sayı açıqlandı
Ölkə08:47 05.03.2020

Azərbaycanda koronavirus şübhəsilə saxlanılan şəxslərin sayı açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Hazırda Azərbaycanda 500-ə qədər şəxs karantində saxlanılır".
Qaynarinfo xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın üzvü, TƏBİB-in Yoluxucu xəstəliklər işçi qrupunun rəhbəri Vasif Əliyev deyib.
Onun sözlərinə görə, həmin şəxslərdən lazımi yaxmalar götürülüb:
"Onların heç birində koronavirus aşkar edilməyib. Karantində olan şəxslərin əksəriyyəti Azərbaycan vətəndaşlarıdır".
V.Əliyev xatırladıb ki, koronavirus xəstəliyini insanlar yüngül keçirir:
"Hətta ev şəraitində müalicəsi də mümkündür. Dünyada bu virusa yoluxanların təxminən 4-5 faizi ağır şəraitdə olaraq xəstəxana şəraitində keçirib".