Xəbər lenti

Azərbaycanda koronavirusdan müalicə olunan bir xəstəyə nə qədər pul xərclənir? (MƏBLƏĞ)
Ölkə13:44 06.05.2020

Azərbaycanda koronavirusdan müalicə olunan bir xəstəyə nə qədər pul xərclənir? (MƏBLƏĞ)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Azərbaycanda koronavirusdan müalicə olunan bir xəstəyə xərclənən vəsait təxminən 80-150 manat arasında dəyişir. Virusu yüngül keçirən xəstəyə 80, ən ağır xəstəyə 150 manat düşür".
Qaynarinfo "Report"a istinadən xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
O bildirib ki, bu, dəyişən rəqəmdir:
"Çünki qeyd olunan rəqəm mart aid rəqəmdir. Bu xərclərə xəstənin yeməyi, onun üçün istifadə olunan dərman, geyim maska və həkimlərə verilən əmək haqqı, əlavələr və onların istifadə etdiyi xüsusi qoruyucu vasitələrə sərf olunur".