Xəbər lenti

Azərbaycanda körpənin üstünə darvaza aşdı
Ölkə07:02 18.08.2014

Azərbaycanda körpənin üstünə darvaza aşdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Valideyn ehtiyatsızlığı az qalsın faciə ilə nəticələnəcəkdi. 

Qaynar.info-nun Kanal S-ə istinadən verdiyi məlumata görə, Şamaxıda 3 yaşlı uşağın üzərinə dəmir darvaza düşüb. 

Sözü gedən hadisə Şamaxı şəhər Bakı küçəsində qeydə alınıb. 2011-ci il təvəllüdlü Piriyeva Xədicə Mətləb qızı həyətdə oynayarkən dəmir darvaza üzərinə aşıb. Nəzarətsiz buraxılan uşaq bir anda qəzanın qurbanına çevrilib. 

Ağır dəmir parçasının altında qalan uşağın səsinə yaxınlıqda olan insanlar gəliblər. 3 yaşlı Xədicə ağır kəllə-beyin travması alıb. O, Şamaxı Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya Şöbəsinə yerləşdirilib. Vəziyyəti ağır qiymətləndirilir.

Qaynar.info