Xəbər lenti

Azərbaycanda kütləvi zəhərlənmə
Ölkə17:31 28.05.2015

Azərbaycanda kütləvi zəhərlənmə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Cəlibabad rayonunda kütləvi zəhələnmə baş verib. 

“Qafqazinfo” xəbər verir ki, əslən Tovuzun Ağdaş kəndindən olan 18 nəfər şəxs qohumlarının andiçmə mərasimində iştirak etmək üçün Cəlilabadın Göytəpə qəsəbəsinə gəliblər. 

Qohumlar Göytəpədə evdə bişirilmiş yeməklərdən süfrə açıblar və kütləvi zəhələnmə də məhz bu yemək tədarükündən olub.  

Zəhərlənənlərdən 7 nəfəri Cəlilabad Rayon Xəstəxanasına çatdırılıb. Onların arasında 2 azyaşlı uşaq da var, xəstələrin birinin vəziyyəti ağırdır. 

İlkin məlumata görə, zəhərlənmə dolmadan baş verib.