
Xaçmazda avtomobil oğurluğu ilə məşğul olan dəstənin üzvləri tutulublar. Onlardan biri qadındır.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən "Trend"-ə verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 24-də Təhmasib Müseyibova məxsus “VAZ-21214” markalı avtomobili qaçırmış rayon sakinləri Zaur Tağıyev, Ayaz Xankişiyev və Könül Dadaşova tutulublar.
Ətraflarında aparılmış əməliyyat-istintaq tədbirləri ilə onların sentyabrın 23-də Renat Əlievə məxsus “VAZ-21011” avtomobili qaçırmaları, habelə ona məxsus dövlət qeydiyyat nişanlarını Abşeron rayonunun Saray qəsəbəsi ərazisində atmaları müəyyən olunub və həmin avtomobilin üzərində tranzit nömrələri aşkar edilib.
Qaynar.info