Xəbər lenti

Azərbaycanda maşın selin altında qaldı (VİDEO)
Ölkə18:40 04.10.2017

Azərbaycanda maşın selin altında qaldı (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Hündür “Cip” maşını suyun altında qalıb və qaldırıcı kranla onu çıxarmağa çalışırlar. Ancaq cəhdlər uğursuz alınır.

Söhbət Yardımlı rayonunun Deryavar kəndindən gedir. Kəndin içərisindən keçən yoldan gedən sel avtomobili öz ağuşuna alıb. Hadisə şahidlərinin sözlərinə görə, avtomobildə 5 nəfər olub. Kənd sakinlərinin köməyi ilə maşındakılar xilas edilsə də avtomobili sudan çıxarmaq hələ də mümkün olmayıb.

Sakinlərin sözlərinə görə, su gələn hissədə körpü olmadığı üçün avtomobillər sel gələn ərazi ilə hərəkət etməli olur. Avtomobil yola daxil olandan sonra qəflətən artan sel isə onun hərəkətini tamamilə saxlayıb və maşının aşmaq təhlükəsi yaranıb. /xezerxeber.az

Qaynarinfo.Az