Milli.Az Türkel TV-yə (TTV) istinadən bildirir ki, Tovuz rayon Düz Cirdaxan kəndi ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Yolu keçmək istəyən Təvəkkül Qasımovu Cəlilli kənd sakini Bəhruz Həsənov idarə etdiyi "VAZ 2106" markalı avtomobillə vurub. Daha sonra isə avtomobili Nemət Dəmirovun idarə etdiyi "Opel" markalı minik maşınına çırpıb.
Qəza zamanı sürücülər xəsarət almasalar da, 70 yaşlı piyada Təvəkkül Qasımov Tovuz Mərkəzi Xəstəxanasına çatmamış yolda dünyasını dəyişib. Faktla bağlı Tovuz Rayon Polis şöbəsində araşdırma aparılır.