Xəbər lenti

Azərbaycanda mayın 23-dən 8 gün iş olmayacaq
Ölkə15:48 15.05.2020

Azərbaycanda mayın 23-dən 8 gün iş olmayacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda 8 gün qeyri-iş günü olacaq.
Qaynarinfo xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov Azərbaycan Respublikasının ərazisində iş və istirahət günlərinin yerinin dəyişdirilməsi və xüsusi karantin dövründə qeyri-iş
günlərinin müəyyən edilməsi haqqında qərar imzalayıb.
Qərara əsasən, Azərbaycan Respublikasının ərazisində iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2020-ci ilin 27 may iş günü ilə 31 may istirahət gününün yerləri dəyişdirilib. Xüsusi karantin dövründə xüsusi iş (əmək) rejimi olaraq 2020-ci il 29 may tarixi, habelə altıgünlük iş həftəsində çalışanlar üçün 23 və 30 may tarixləri qeyri-iş günləri müəyyən edilib.