Xəbər lenti

Azərbaycanda məcburi nigaha görə cəza sərtləşdirilir
Ölkə18:07 19.03.2013

Azərbaycanda məcburi nigaha görə cəza sərtləşdirilir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanda qadını nikaha məcbur edənlərə qarşı cəza sərtləşdirilir.

Anspress-in Milli Məclisə istinadla verdiyi məlumata görə, bununla bağlı Cinayət Məcəlləsinin 176-1 maddəsinə dəyişikliklərin müzakirəsi gözlənilir.

Dəyişiklikliklərdə nigaha məcbur edən şəxslərin 5 mindən  7 min manatadək cərimə edilməsi  və ya 6 ilədək həbs cəzası nəzərdə tutulur.
Bu nikah yaşına çatmayanlara qarşı ediləndə isə 7 mindən 10 min manatadək cərimə və ya 8 ilədək həbs cəzası tətbiq oluna bilər.

Layihənin bu il parlamentin müvafiq komitələrində müzakirəyə çıxarılması gözlənilir.

Qaynar.info