Xəbər lenti

Azərbaycanda məhkəmə ölüyə pul cəzası kəsdi
Ölkə11:41 04.08.2017

Azərbaycanda məhkəmə ölüyə pul cəzası kəsdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Astara rayonunda məhkəmə bir il öncə ölən şəxsə pul cəzası kəsib.

"Qaynarinfo"nun lent.az-a istinadən məlumatına görə, Astara məhkəməsində  pul cəzası kəsilən mərhum Rahim Baladadaş oğlu İmanov ötən il vəfat edib.

Astaranın Şiyəkəran kənd sakini  49 yaşlı R.İmanov balıq ovlayarkən tilovun yüksək gərginlikli elektrik xəttinə toxunması səbəbindən cərəyan vurması nəticəsində ölüb.

R. İmanov bu hadisədən bir qədər əvvəl qardaşı Məmməd Baladadaş oğlu İmanova "Amrahbank”-dan kredit götürən zaman zamin durubmuş.

Kredit götürən şəxs ödəniş etmədiyindən bank məhkəməyə müraciət edib.

R.İmanovun yaxınlarının verdiyi  məlumata görə, Astara məhkəməsində  hakim  Mübariz Məmmədovun sədrliyi  keçirilən iclasda mərhuma 343 manat pul cəzası kəsilib.

Qaynarinfo.Az