Xəbər lenti

Azərbaycanda məhkəməyə çıxarılan dustaq özünə xəsarət yetirdi
Ölkə17:21 11.02.2021

Azərbaycanda məhkəməyə çıxarılan dustaq özünə xəsarət yetirdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Gəncə şəhərində 31 yaşlı dustaq özünə kəsici-deşici alətlə xəsarət yetirib.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, 1990-cı il təvəllüdlü Vasif Tağızadə xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.
Qeyd edək ki, V.Tağızadə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Gəncə şəhərində yerləşən 2 saylı İstintaq təcridxanasında saxlanılır. Onun bu gün məhkəmə prosesi keçirilib.