Azərbaycanda milliyyətcə erməni olan şəxs məhkəməyə verilib.
Qaynarinfo xəbər verir ki, Manafov Yaşar Tardail oğlu adlı vətəndaş Petrosyan Aşim Arşokoviç adlı erməni əsilli şəxs barəsində iddia qaldırıb.
Yaşar Manafovun iddiası Bakı Şəhər Nəsimi Rayon Məhkəməsinin hakimi Günay Abdiovanın icraatındadır.
Məhkəmə çəkişməsinin səbəbi kimi "müqavilələrin bağlanması” göstərilib. Lakin tərəflər arasında hansı müqavilələrin bağlanmasından söhbət getdiyi bəlli deyil. Açıq mənbələrdə məhkəmə çəkişməsinin detalları barədə məlumat yoxdur.
İş üzrə məhkəmə hazırlıq iclasının vaxtı də hələ ki, bəlli deyil.
Seyid