Xəbər lenti

Azərbaycanda məişət zorakılığı – 721 fakt
Ölkə10:50 17.02.2015

Azərbaycanda məişət zorakılığı – 721 fakt

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

2014-cü ildə Azərbaycanda qeydə alınmış cinayət hadisələrindən 721-i məişət zorakılığı ilə bağlı olub.

Qayanr.info xəbər verir ki, bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən (DİN) bildiriblər. Onların 7,6 faizi əvvəllər cinayət törətmiş şəxslər tərəfındən, 9,4 faizi sərxoş vəziyyətdə törədilib.

Məişət zorakılığı nəticəsində baş vermis cinayətlərin 89,5 faizi qəsdən sağlamlığa az ağır və yüngül zərər vurma, 3,9 faizi qəsdən adam öldürmə və adam öldürməyə cəhd, 6,6 faizi isə digər cinayətlərdir.

Qeyd edək ki, 2014-cü ildə ölkədə ümumilikdə 24607 cinayət faktı qeydə alınıb.

Qaynar.info